Kaliforniyanın “Şevron” neft zavodunda yanğın | VİDEO
Daha sonra yerli hakimiyyət orqanlarına istinad edən “CBS News” telekanalı Kaliforniya neft emalı zavodunda yanğının qarşısının alındığını, El-Sequndo və qonşu ərazilərin sakinləri üçün heç bir təhlükə olmadığını bildirib.
“Şahidlər partlayışdan yaranan şok dalğasını yüngül zəlzələ ilə müqayisə ediblər. Sakinlər təxliyyə edilməyib, lakin onlara evdə qalmaları tövsiyə olunub. Havada zərərli maddələrin icazə verilən konsentrasiyasını aşması qeydə alınmayıb”, - telekanalın yaydığı xəbərdə bildirilir.
1911-ci ildə əsası qoyulan El-Segundo “Şevron” neft emalı müəssisəsi ABŞ-nin Qərb sahilində ən böyük neftayırma zavodudur.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Kaliforniya Şevron yanğın







Vaxtında, Aydın, Lazımlı!


